OBAMA NƏ DEDİYİNİ BİLMİR, yoxsa Ərdoğan onu səhv anlayıb?

Obama'dan Erdoğan'a taziye telefonuTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ-lı həmkarı Barak Obama arasında dünən telefon söhbəti olub. Maraqlıdır ki, Yaxın Şərq məsələsinin müzakirə olunduğu bu söhbət barədə hər iki prezident fərqli açıqlamalar veriblər.

Strateq.az-ın bildirdiyinə görə, açıqlamalarda bir-birinə tərs düşən 2 başlıca məqam var.

Türkiyə tərəfi Obamanın "Suriya rejiminin və YPG-nin Suriyanın şimal-qərbindəki irəliləməsindən narahatlıq duyduğunu" bildirdiyi halda, Ağ ev Obamanın yalnız Suriya rejiminin irəliləməsindən bəhs etdiyini açıqlayıb.

 Bununla belə, Ağ ev YPG-nin bölgədəki şərtlərdən istifadə edərək yeni torpaqlar əldə etməyə çalışmamasının Obama tərəfindən vurğulandığını da etiraf edib. Vaşinqton  eyni zamanda  ABŞ prezidentinin Türkiyədən də eyni bölgəyə top atışlarını kəsməsini tələb etdiyini bildirib. Son detal Ankara açıqlamasında ümumiyyətlə yer almayıb.

İkinci əhəmiyyətli fərq: Ankaranın açıqlamasında Obamanın Türkiyənin özünü müdafiə hüququnun vurğuladığı bildirilsə də, Ağ evin bildirişində bu nüans yoxdur.






Fikirlər