“Siz KİMSİNİZ axı?" - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlər Can Dündar və Erdem Gülün məhkəməsinə qatılan xarici diplomatları tənqid edib.

Prezident xarici diplomatların davranışının diplomatik protokolundan kənar olduğunu deyib: “İstanbuldakı baş konsullar məhkəməyə gediblər. Siz kimsiniz axı? Orada nə işiniz vardı? Bura sizin ölkəniz deyil, Türkiyədir. Siz yalnız konsulluğunuzun binasında və ərazisində sərbəst hərəkət edə bilərsiniz. Başqa yerlərdə xüsusi icazə almalısınız”. 

"AzerTaym.az"






Fikirlər