Ramil Usubov 3 dəyişiklik etdi

Ramil Usubov 3 dəyişiklik etdi
Ötən gün DİN-də yeni təyinatların olacağı haqqında məlumat vermişdik. Bu dəqiqələrdə Azertaym.az-a daxil olan daha məlumata görə, Azərbaycanın Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr imzalayıb.
Daxili İşlər Nazirliyindəki (DİN) etibarlı mənbədən verilən məlumata görə, nazirin əmri ilə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik-leytenant Əkbər İsmayılov Xətai rayon Polis İdarəsinin rəisi, Xətai rayon Polis İdarəsinin rəisi Mehman Təhməzov isə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin olunub.






Fikirlər