GÖRƏ BİLƏCƏYİNİZ ƏN PİS AYAQQABI və geyimlər – FOTO

Moda dünyasındakı çılğınlığın və modelyerlərin yaradıcılığının sürətinə çatmaq çətindir.

Onların hazırladıqları bəzən çox özünəməxsus və gözəl olsa da, bəzən tam bir rəzillikdən ibarət olur.

 AzerTaym.az “Bunu necə geyinmək olar?” deyəcəyiniz modelləri təqdim edir:

Soğan çuvalı ilə bənzərliyini görməzdən gəlmək mümkün deyil.

İstifadəyə yararsız olması bir yana, həm də qorxuncdur.

Bir heyvanın buynuzlarına bənzəyir, amma hansı heyvan olduğunu biz də bilmirik.

“Salam. Paltarınızı hansı qəssabdan almısınız?”, – deyə soruşmaq mümkündür.

Sənətkara heyranlığın bariz nümunəsi…

Rahat olacağını güman etmirik.

Siz nəyə bənzətdiniz?

Şalvarını heç dəyişmək istəməyənlər üçün uyğun seçim ola bilər. Bu qədər kəmərlə heç bir qüvvə onu sizdən ala bilməz.

“Çəmənlikdə gəzmək qadağandır” xəbərdarlığı bu seçimi edənlərə şamil olunmayıb.

Qəribə bir idman kostyumu…

Bütün qızlar bir zamanlar dəniz qızı olmaq istəyib, ancaq belə yox.

Anatomik olaraq doğru ola bilər.

Corabla geyinilmədiyi üçün şükür edə bilərik.

Çimərlik tərliyi olduğu bəllidir.

Qəribə dizayna malikdir…

Ətəyiniz benzinlə işləyir, yoxsa dizellə?

Cinslə cins geyinməyi sevənlərə gəlsin.

Kovboy ayaqqabıları və barmaqarası tərliyin lazımsız birliyi.

Sanki şalvarını yuxarı çəkmək istəyərkən əlində qalıb.

“Mənim içim-çölüm birdir” deyənlərə…






Fikirlər