01.02.2014. - Ordumuz üçün 52 milyona yaxın pul yığılıb

01.02.2014. -  Ordumuz üçün 52 milyona yaxın pul yığılıb Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 2014-cü ilin fevral ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 51 691 129 AZN, 211 791 ABŞ dolları, 593 Avro vəsait yığılıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır
.






Fikirlər