Əsas Səhifə > Slayd > Hakerlərimiz ERMƏNİ

Hakerlərimiz ERMƏNİ


9-04-2016, 14:20

Hakerlərimiz erməni saytlarını dağıtdı

Son günlər Azərbaycanın cəbhəyanı bölgələrində atəşkəsin intensiv pozulması, dinc sakinlərin düşmən istiqamətindən atəşə tutulması, cəbhə bölgəsində gedən ağır döyüşlərdə əsgərlərimizin göstərdiyi güc, igidlik nəticəsində geri alınmış torpaqlarımıza şanlı Azərbaycan bayrağının sancılması hər bir Azərbaycan vətəndaşının diqqət mərkəzindədir. 

Qarabağ ərazisində gedən döyüşlər hər kəs tərəfindən böyük həyəcan və diqqətlə media və sosial şəbəkələrdə yaxından izlənməkdədir. Baş verən hadisələr fonunda vətəndaşlarımızın ordumuza olan böyük sevgisi, diqqəti və qayğısı necə mübariz, güclü bir millət olduğunu bir daha bütün dünyaya sübut etdi.
Damarlarından azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşını sevindirmək, əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara təşəkkür bildirmək üçün bu gün Azərbaycanlı "Anti-armenia Team" xaker qrupu tərəfindən ermənistanın bir sıra saytlarına hücum xarakterli kiber əməliyyat həyata keçirilmişdir. Hücuma məruz qalmış veb saytlarda vətənpərvərlik ruhunda səslənən musiqi fonunda "intiqama çağırır, susmaq bilməyir cəngi", "dünənki mərdliyinin bu gün gəlib zamanı", "səni gözləyir meydan, döyüşlərin sultanı", "igidim, canım mənim", "haydı, aslanım mənim", "marş irəli, Azərbaycan əsgəri", "dönməz geri Azərbaycan əsgəri" şüarları yazılmışdır. 
Darmadağın edilən erməni saytlarının siyahısı:
 

MAIL.NT.AM
-----------
http://www.hack-mirror.com/429949.html

INGAANUSH.AM
-------------
http://zone-h.org/mirror/id/25959328
http://www.hack-mirror.com/429980.html

MEDIAEDUCATION.AM
------------------
http://zone-h.org/mirror/id/25959290
http://www.hack-mirror.com/429704.html

MEDIAFORUM.AM
--------------
http://zone-h.org/mirror/id/25959292
http://www.hack-mirror.com/429976.html

ARMYANE.NT.AM
--------------
http://zone-h.org/mirror/id/25959296
http://www.hack-mirror.com/429974.html

TRANZIT.RADIOJAZZ.AM
---------------------
http://www.hack-mirror.com/429982.html

Geri qayıt