Əsas Səhifə > Slayd > Düşmən TƏRTƏRƏ nə qədər ZİYAN VURUB?

Düşmən TƏRTƏRƏ nə qədər ZİYAN VURUB?


10-04-2016, 20:35

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Tərtər rayonuna xeyli ziyan dəyib.

Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, erməni silahlıları tərəfindən yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 22, Ağkənd kəndində 5, Çaylı kəndində 8, Şıxarx qəsəbəsində 35, Azad Qaraqoyunlu kəndində 2, Düyərli kəndində 2, Qapanlı kəndində 51, Yuxarı Qaradağlı kəndində 47, Qaraağacı kəndində 19, Seydimli kəndində 1 olmaqla, 192 fərdi yaşayış evinə ziyan dəyib. Bunlardan 26 ev tamamilə dağılıb, 124 evin dam örtüyü, qapı-pəncərə blokları və pəncərə şüşələri sıradan çıxıb, 42 evin divarında çatlar əmələ gəlib. 46 yardımçı tikili yararsız vəziyyətə düşüb. Qaraağacı kəndindəki tam orta məktəb binasının divarı, dam örtüyü, qapı-pəncərə blokları və Qapanlı tibb məntəqəsinin pəncərələri də sıradan çıxıb. Bundan başqa, infrastruktura da ciddi ziyan dəyib.

Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 11 baş iribuynuzlu, 103 baş xırdabuynuzlu heyvan, 6 at, 1000 baş toyuq-cücə tələf olub, əkin sahələrinə ziyan vurulub.

Hazırda rayona dəymiş zərərlərin aradan qaldırılması üçün tədbirlər görülür. Artıq rayonun elektrik, qaz təsərrüfatlarına dəyən ziyan aradan qaldırılıb. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Xoruzlu arxının 1 kilometr hissəsi, 1 hidrotexniki qurğu bərpa olunub, Qaraağacı kəndi ərazisindəki beton kanalda bərpa işləri görülüb. Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Hüsənli və Qazyan kəndləri ərazisindəki su nasosları təmir olunub. Yararsız hala düşmüş subartezian nasoslarının dəyişdirilməsi üçün Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayona 8 subartezian nasosu, 3 fazalı elektrik sayğacı, 1000 paqonometr kabel və 600 kiloqram sarğı naqili göndərilib. Yuxarı Qaradağlı, Qapanlı, Azad Qaraqoyunlu kəndlərindəki yararsız subartezian nasosları təzə nasoslarla əvəzlənib. Telekommunikasiya Qovşağı tərəfindən Qapanlı kəndi ərazisində 805 metr kabel və 10 yararsız hala düşmüş telefon dirəyi dəyişdirilib.

Tezliklə düşmən atəşi nəticəsində ziyan dəymiş fərdi evlərin və ictimai binaların da bərpasına başlanılacaq.

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-

Düşmən Tərtərə nə qədər ziyan vurub?-


Geri qayıt