Əsas Səhifə > Slayd, Cəmiyyət > 12.02.2014. - Zakir Həsənov müharibə veteranını təltif etdi

12.02.2014. - Zakir Həsənov müharibə veteranını təltif etdi


12-02-2014, 11:25
12.02.2014. -  Zakir Həsənov müharibə veteranını təltif etdiSilahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycan Respublikasının prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib və ona təbrik ünvanlanıb.

AzerTaym.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə və anadan olmasının 90 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsinin veteranı, Yardımlı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycan Respublikasının prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilib və ona təbrik ünvanlanıb.

Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani medalı və nazirin təbrik məktubunu yubilyara təqdim edib.

Veteranlar Şurasının sədri Şahbaz Hüseynov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirib.

Geri qayıt