Əsas Səhifə > Slayd > Akif Çovdarov Tağı Əhmədovla üzləşdiriləcək -
Akif Çovdarov Tağı Əhmədovla üzləşdiriləcək -23-04-2016, 11:00 |
Bu günlərdə Baş prokurorluqda MTN-in keçmiş idarə rəisi, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının ən qorxunc simalarından biri olan general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirmə keçirilib.Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat əldə edilib. Məlumata əsasən bir gün əvvəl, aprelin 22-də A.Çovdarov Səbael rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbael rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb.
Geri qayıt |