Əsas Səhifə > Slayd > Dəmirtaş yenə ermənilərə dəstək oldu -
Dəmirtaş yenə ermənilərə dəstək oldu -24-04-2016, 19:00 |
Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş bu dəfə də ermənilərə dəstək olub. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə o, İzmirdə qondarma erməni soyqırımından danışıb. Dəmirtaş 1915-ci ildə qətlə yetirilən hər kəsi anırıq deyərək soyqırımı sözünü işlədib: "Bu gün 101 il öncə erməni soyqırımının başladığı gündür. Ermənilər bu torpaqlarda öldürüldüyünü, kürdlər isə bu torpaqlarda yaşadıqlarını sübut etməyə çalışırlar". Qeyd edək ki, HDP PKK-nın bir qolu hesab olunur. Geri qayıt |