Əsas Səhifə > Slayd > ƏRDOĞANın aşpazı DANIŞDI:
ƏRDOĞANın aşpazı DANIŞDI:25-04-2016, 15:20 |
Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. O, həmçinin “dünyanın ən cəld qəssabı” adına layiq görülüb. C. Asanı “ətin professoru” da adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və məhz onun yeməklərini yeyir. Modern.az xəbər verir ki, Cüneyt Asanın Lent.az-a Bakıya gəlişinizin məqsədini açıqlayıb:
Azərbaycan mətbəxini sevdiyini etiraf edən C.Asan lüləkabab haqqında məlumatım olduğunu deyib. O, ən çox sevdiyi Azərbaycan yeməyinin də adını çəkib. Aşpaz Türkiyədə də Azərbaycan yeməkləri bişirdiyini açıqlayıb: “Ən sevdiyim yemək sizin dolma növlərinizdir və pip dolmasıdır. Heç kim dünyada dolmanı sizdən yaxşı bişirə bilməz. Azərbaycan yeməklərini asanlıqla bişirirəm. Məsələn, tez-tez özümə pip dolma bişirirəm. Burda öyrənmişəm hazırlanmasını. Lakin ətini sizin kimi etmirəm, çünki siz ətləri çox bişirirsiniz. Lüləkababa da quyruq yağını çox qatırsınız. Çox yağlı olur və insana ağır gəlir. Sizin lüləkababı edirəm, amma yağ əlavə etmirəm”. Türkiyə prezidentindən tutmuş bir çox siyasətçilər, dövlət adamı, eyni zamanda bir çox sənətçilər onun müştərilərdiir. Onların arasında Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demek Akalın, Murat Boz, Kənan İmirzalıoğlu və s. var. Geri qayıt |