Əsas Səhifə > Slayd > Ofşor zonalardakı kapitalın ümumi həcmi nə qədərdir?

Ofşor zonalardakı kapitalın ümumi həcmi nə qədərdir?


10-05-2016, 09:29

Ofşor zonalardakı kapitalın ümumi həcmi nə qədərdir? — Araşdırma

Dünyadakı ofşor zonalara axıdılan kapitalın ümumi həcmi açıqlanıb.

Ölkə.Az xəbər verir ki, "Tax Justice Network" qeyri-hökumət təşkilatının sifarişi ilə Kolumbiya universitetinin professoru Ceyms Henrinin rəhbərliyi altında aparılmış iqtisadi araşdırma nəticəsində bütün dünyadan ofşor zonalara köçürülmüş pulların ümumi həcmi hesablanıb.

Araşdırmanın nəticəsində məlum olub ki, 2014-cü ilin sonuna qədər ofşor zonalara ümumilikdə 12 trilyon dollar pul axıdılıb. 18 ay davam edən araşdırmanın nəticəsində əldə olunan rəqəmlərə görə, 2014-cü ilin sonunadək Çindən, Honkonq və Makaodan ofşor zonalara 1,2 trilyon dollar pul çıxarılıb.

Araşdırma nəticəsində həmçinin məlum olub ki, 2014-cü ilin sonunadək Rusiyadan ofşor zonalara 1,3 trilyon dollar həcmində kapital aparılıb. Hesabatın digər ölkələri əhatə edən hissəsi isə hələ dərc olunmayıb və yaxınlarda geridə qalan hissənin də yayımlanacağı bildirilir.


Geri qayıt