Əsas Səhifə > Slayd > Bayram namazı sabah

Bayram namazı sabah


5-07-2016, 16:10

Ramazan bayramının qeyd olunduğu Hicri-Qəməri təqvimi ilə Şəvval ayının 1-i Ayın ərazilərimizdə görünməsinə istinadən, iyulun 6-na təsadüf edəcək. Buna görə, bayram namazı iyulun 6-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bayram namazı sabah Bakının Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılacaq.


Geri qayıt