Əsas Səhifə > Slayd > 14.03.2014. - Səlim Müslümov Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin etdi

14.03.2014. - Səlim Müslümov Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin etdi


14-03-2014, 11:38
14.03.2014. -   Səlim Müslümov Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin etdiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
nazir Səlim Müslümovun müvafiq əmrinə əsasən
Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunan Fuad Rəhim oğlu Əlizadə
ilə bağlı məlumat yayıb.


AzerTaym.az-ın Nazirlikdən aldığı məlumata görə,F. Əlizadə 26 mart 1980-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub.
2001-2005-ci illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Prezidentin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Geri qayıt