Əsas Səhifə > Slayd > Erməni general Sarkisyanı qiyamla hədələdi:
Erməni general Sarkisyanı qiyamla hədələdi:9-07-2016, 14:20 |
Dağlıq Qarabağdakı işğalçı erməni qruplarının ilk komandanı, general Arkadi Karapetyan Serj Sarkisyanı qiyamla hədələyib.
Publika.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidmətinə danışan A. Karapetyan müharibənin hələ bitmədiyini deyib: “Əgər kimsə düşünürsə ki, müharibə bitib, o yanılır”. “Bu haqda kim danışırsa, bu, onun problemidir. Mən güzəştlər haqda düşünmürəm belə və icazə verməyəcəm ki, kimsə güzəştə getsin”, - deyə o bildirib. “Əgər hakimiyyət qərar verəcəksə, siz necə icazə verməyəcəksiniz” sualına cavabında Karapetyan ərazi məsələsində əsas hakimiyyətin o və yoldaşlarının olacağını deyib: “Ərazilərin qaytarılması məsələsi olacaqsa, Qarabağda ciddi müqavimət olacaq. Hər kəs müqavimət göstərəcək”.
Geri qayıt |