Əsas Səhifə > Slayd > "ÖLÜM HÖKMÜNÜ İMZALAYACAĞAM"
"ÖLÜM HÖKMÜNÜ İMZALAYACAĞAM"19-07-2016, 11:09 |
"Marmarisdə 15 dəqiqə artıq qalsydım öldürüləcəkdim". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı iyulun 15-nə keçən gecə baş vermiş hərbi çevriliş cəhdi zamanı baş verənlərlə bağlı CNN İnternational telekanalına danışıb: "Anbaan hər şeydən xəbərim var idi. Atatürk hava limanında nəzarət qülləsini ələ keçirmişdilər. Telefonda İstanbulun Əmniyyət Müdrünə qiyamçıların oradan uzaqlaşdırılması təlimatını verdim. Hava limanındakı qiyamçıların təmizlənməsini əmr etdim. Havada olduğumuz üçün rabitə əlaqəsi bəzən kəsilirdi. Pilota nə qədər havada qala biləcəyimizi soruşdum, 3-4 saat qala biləcəyimizi dedi. F-16 təyyarələri ilə yanımızdan səsdən iti sürətlə uçuş həyata keçirdilər. Bilirsiniz, bu zaman sonik partlama yaranır və bomba partlaması effekti ilə müqayisə oluna bilər. Belə şəraitdə oraya keçdik və xalqla təmas qurduq". Geri qayıt |