Əsas Səhifə > Slayd > "İKİNCİ QİYAM CƏHDİ OLA BİLƏR"
"İKİNCİ QİYAM CƏHDİ OLA BİLƏR"21-07-2016, 11:45 |
Türkiyə mediası xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Nazirlər Kabinetinin iclasına bir qədər ara verərək Əl-Cəzirə kanalının canlı yayımına qoşulub. Gündəmdəki əsas mövzuları qiymətləndirən Türkiyə prezidenti ikinci bir çevriliş cəhdinin ola biləcəyini vurğulayıb: "Çevrilişə cəhd etdilər, amma bu cəhd uğurlu alınmadı, qarşıdakı günlər və ya həftələr içində əminəm ki, B planlarını həyata keçirmək və öz gələcəklərini təmin etmək üçün ikinci dəfə çevriliş cəhdinə baş vuracaqlar". Geri qayıt |