Əsas Səhifə > Slayd > Kadırovdan Putinin hədələnməsinə cavab:

Kadırovdan Putinin hədələnməsinə cavab:


2-08-2016, 20:50

Kadırovdan Putinin hədələnməsinə cavab: 'Artıq onların sayılı günləri qalıb!'

Çeçenistan Prezidenti Ramzan Kadırov İŞİD-in Rusiyanı təhdid edən videosunun Qərb ölkələrinin kəşfiyyat xidmətləri tərəfindən hazırlandığını bildirib.
Axar.az xəbər verir ki, İŞİD-in yayımladığı videoya İnstaqramda cavab verən Kadırov bunu Qərbin informasiya müharibəsinin bir parçası olduğunu deyib:
“Rusiya Silahlı Qüvvələri Suriyadakı terroristləri çətin vəziyyətə salıb. Artıq onların sayılı günləri qalıb! “Şeytan dövləti”ni öz məskənlərində məhv edəcək qədər güclüyük. Ya silahı yerə qoyun, ya da Suriya torpaqlarına gömülün. İŞİD-in videosu Qərbin kəşfiyyat xidmətləri tərəfindən hazırlanıb və bu, Rusiyaya qarşı aparılan informasiya müharibəsinin bir parçasıdır”.
Qeyd edək ki, İŞİD terror qruplaşması yaxın günlərdə yaydığı videoda Rusiya Prezidenti Vladimir Putini ölümlə hədələyib.
AzerTaym.az

Geri qayıt