Əsas Səhifə > Slayd > Hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı enəcək –
Hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı enəcək –14-09-2016, 12:40 |
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. AzerTaym.az Geri qayıt |