Əsas Səhifə > Slayd > Sabah Azərbaycanda yağış yağacaq,

Sabah Azərbaycanda yağış yağacaq,


15-09-2016, 13:44
Картинки по запросу анимаци ветер дожд
Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-26 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinə gəlincə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 


Geri qayıt