Əsas Səhifə > Slayd > Poroşenko, Merkel və Olland
Poroşenko, Merkel və Olland17-10-2016, 10:52 |
Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub. Modern.azsaytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib. Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən məsləhətləşmələrin yekunlarını müzakirə ediblər. “Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya) müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı "Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, - deyə məlumatda qeyd olunub.
Geri qayıt |