Əsas Səhifə > Slayd > Sabahın hava
Sabahın hava4-11-2016, 13:40 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTaym.az-a verilən xəbərə görə, noyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcəl, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Geri qayıt |