Əsas Səhifə > Slayd > Bu gün Bayraq
Bu gün Bayraq9-11-2016, 08:18 |
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. “AzərTaym.az”-ın məlumatına görə, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Geri qayıt |