Əsas Səhifə > Slayd > Bakıda sulu qar yağacaq,
Bakıda sulu qar yağacaq,21-11-2016, 11:21 |
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək. AzerTaym.az Geri qayıt |