Əsas Səhifə > Slayd > ŞƏRİFOVUN ADAMI MOSKVADA NƏ İŞLƏRLƏ MƏŞĞULDUR? -
ŞƏRİFOVUN ADAMI MOSKVADA NƏ İŞLƏRLƏ MƏŞĞULDUR? -22-11-2016, 13:25 |
Beynəlxalq Bankla bağlı daha bir qalmaqal: çirkli pullar, terrorçuluq «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Moskva filialı çirkli pulların yuyulmasında ittiham olunur. Xeyli vaxtdır ki, Rusiyanın hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırma aparır. Azadlıq Radiosunun məlumatına görə, Sankt-Peterburq şəhərində yerləşən «Azərbaycan Beynəlxalq Bankı-Moskva» ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-Qərb Baş İdarəsinin rəhbərliyinə müraciət edib. Məktubda deyilir ki, hüquq-mühafizə orqanları «InTransServis» ASC ətrafında araşdırma apararkən bankın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar aşkarlayıblar. «Araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması), terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir», –məktubda deyilir. «BİRGÜNLÜK» ŞİRKƏTLƏR Məlumata görə, eyni adamların yaratdığı «birgünlük» şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin pul köçürmələrini də «Azərbaycan Beynəlxalq Bankı-Moskva» gerçəkləşdirib. «CİNAYƏTKAR ALƏMLƏ ƏLBİR OLUB…» «Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri onu öyrədən Samir Şərifovun adından ictimaiyyətə fantastik rəqəmlərlə pulların ofşor zonalara köçürüldüyü iddiası ilə yalan məlumatlar verib təqsirsizlik prezumpsiyamızı pozmaqdansa, açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan «Azərbaycan Beynəlxalq Bankı-Moskva»nın rəhbərliyi barəsində «çirkli pulların yuyulması» ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də təcridxanadan mən idarə etmişəm? Sizlər onsuz da Hollivud kinolarında olmayan fantaziyanızdan istifadə edib, məni və digər saxlanılan şəxsləri «cinayətkar qrup» kimi təqdim etməyə öyrəşmisiniz. Maliyyə Nazirliyinin rəhbərliyi bu gün leqal yollarla deyil, cinayətkar aləmlə əlbir olub, «Azərbaycan Beynəlxalq Bankı-Moskva»nı ayaqda tutmağa çalışır», – Cahangir Hacıyev son sözündə demişdi. *** Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən açıqlamada bu məsələnin Bankın 2012-ci ildəki fəaliyyət dövrünə aid olduğu bildirilib. Qeyd edilib ki, bunu surəti yayılmış məktubun tarixindən və məzmunundan da görmək mümkündür. Belə ki, məktub 12 yanvar 2016-cı il tarixində təqdim olunub. Məzmununda isə 2012-ci ildə aparılmış əməliyyatlardan bəhs edilir. Mətbuat xidmətindən o da bildirilib ki, hazırda «Azərbaycan Beynəlxalq Bankı-Moskva» ASC-nin fəaliyyəti tam qanunvericilik çərçivəsində qurulub və burada hər hansı şübhəli əməliyyatların aparılması mümkünsüzdür.
Geri qayıt |