Əsas Səhifə > Slayd > ADU-nun tələbələri

ADU-nun tələbələri


25-11-2016, 11:47

 

Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “ Milli adət- ənənələrimizi yaşadaq”adlı tədbir keçiriləcək.

Universitetin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, ADU- nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayevin bu təşəbbüsü universitet rəhbərliyinin I kurs tələbələri ilə görüşündə müzakirə olunub və rəğbətlə qarşılanıb. Tədbirin keçirilməsində məqsəd tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir.

Bu məqsədlə qərara alınıb ki, hər ayın bir günü universitetin I kurs tələbələri könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlsinlər.

Tədbirdə I kurs tələbələri ilə yanaşı professor-  müəllim heyəti, digər kurs tələbələri də  iştirak edə bilər.


Geri qayıt