Əsas Səhifə > Slayd > Ramil Usubov iki rəisi
Ramil Usubov iki rəisi14-01-2017, 16:10 |
Daxili işlər orqanlarına kadr dəyişikliyi olub. AzerTaym.az "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər. Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub. Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nəromanov RPİ-nın rəisi təyin edilib. Geri qayıt |