Əsas Səhifə > Slayd > Arxitektura Komitəsi Abutalıbovun iradlarına

Arxitektura Komitəsi Abutalıbovun iradlarına


16-01-2017, 12:45

Картинки по запросу Abutalıbov

2016-cı il dekabrın 22-də Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması üzrə icraatının 6-cı fəslindəki prosedurlara müvafiq olaraq Bakı Dövlət Layihə İnstitutu tərəfindən təqim olunmuş “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Plan/Baş plan” layihəsinin ilkin ictimai müzakirəsi zamanı sadalanan iradlarla bağlı layihə üzərində işlər davam etdirilir.

Bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyələr, təklif və irad bildirilib.

Həmin tədbirin keçirilməsində əsas məqsəd məhz layihə ətrafında fikir mübadiləsinin aparılması və layihə ilə bağlı irad və təkliflərin öyrənilməsi olub.

Qeyd olunanların, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin iradlarının qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna müvafiq tapşırıqlar verilib. Hazırda layihə üzərində işlər davam etdirilir.

Xatırladaq ki, Bakı şəhər icra Hakimiyyətindən rəsmi olaraq bildirib ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib ki, bəzi məqamlar (Abşeron yarımadasında Ələt qəsəbəsi ərazisində ikinci sərnişin hava limanının tikilməsi, Xırdalan şəhərində metropolitenin yeni stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi və s.) reallıqdan uzaqdır və tam əsassızdır. Bu layihələr heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmayıb, lazımi ekspertizadan keçirilməyib və ölkə rəhbərliyinə məruzə edilməyib.

Bakı şəhər İcra Hakimiyyəti bəyan edib ki, təqdim edilən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz.

AzerTaym.az


Geri qayıt