Əsas Səhifə > Slayd > Deputatın SAYTI BAĞLANDIı,
Deputatın SAYTI BAĞLANDIı,7-02-2017, 18:13 |
Təkcə ötən həftə ərzində üç belə sayt – ATV, Novosti-Azerbaydjan və ANN bağlanıb. Kollektivlər işsiz qalıb, ANN əməkdaşlarına isə ümumiyyətlə sonuncu əmək haqqını kəsilmiş şəkildə veriblər. “ATV saytının taleyi yanvarın əvvəllərindən qeyri-müəyyən idi. Əvvəlcə bizə dedilər ki, sayt yenidən qurulacaq, bu, bir neçə gün vaxt aparacaq. Biz işə gəlirdik, amma aydın idi ki, məsələ saytın yenidən qurulmasında deyil, maliyyənin olmamasındadır. ANN saytı bağlanıb, işçilərin əmək haqqı isə tam verilməyib”, bu barədə Azadlıq Radiosuna saytın adını çəkmə istəmiyən əməkdaşı bildirib. Azadlıq Radiosunun məlumatına görə, hər ay hakimiyyət qurumundan ANN saytının saxlanmasına 12 min manat daxil olurdu.
Novosti-Azerbaydjan xəbər portalının bağlanmasını fevralın 1-dən etibarən yenilənməyən son nəşrlərdən görmək olar. Təəssüf ki, biz saytın fəaliyyətinin dayandırılmasının səbəblərini onun rəhbərliyindən soruşa bilmədik – redaksiyanın telefonu da, baş redaktorun telefonu da cavab verməyib. “Hökumətyönlü saytların bağlanmasının bir neçə səbəbi var. Birincisi, məndə olan məlumata görə, bütün hökumətyönlü mətbuatın büdcəsi azaldılıb və indi onlardan ən az məşhur olanların, ən az nüfuzu olan saytların bağlanması prosesi gedir”, deyə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azadlıq Radiosuna bildirib. “İkincisi, hakimiyyətin çox maraqlı üsulu var. Onlar saytlar yaratdı, müstəqil QHT-lərdən jurnalistləri, blogerləri oraya cəlb etdi, bir müddət sonra isə onları bayıra atdı. Bu taktika belədir – normal jurnalistləri sıradan çıxarmaq, sonra da atmaq. Onlar hakimiyyətə lazım deyil. Amma istənilən halda, KİV-in səmərəliliyi böyük rol oynayır. KİV səmərəlidirsə, hakimiyyət onu saxlamağa davam edə bilər. Buna görə indi ən zəif kütləvi informasiya vasitələri zərbə altında qaldı, amma hökumətyönlü medianın bağlanması prosesi davam edəcək. Düşünürəm ki, hakimiyyətin strategiyası mümkün qədər çox internet-KİV yaratmaq, informasiya məkanını ələ keçirmək və istehlakçıya şərtləri diktə etmək idi. Amma internetin sərhədi yoxdur və bu gün alternativ KİV o qədər çox olmasa da, məhz onlar ən səmərəli KİV-lərdir. Oxuculara alternativ faktlar lazımdır. Onlar hökumətin nəzarəti altında olmayan məlumatların olduğu saytlara can atır. Hakimiyyət bunu başa düşməyə başlayır. Onlar informasiya məkanını ələ keçirmək məqsədinə nail olmadı və buna görə onlara lazım olmayan saytlardan qurtulacaqlar”, deyə M.Əliyev qeyd edib. “Turan”
Geri qayıt |