Əsas Səhifə > Slayd > DEPUTATIN BANKI MTN RƏHBƏRLİYİNƏ XİDMƏT EDİB - Xaricə 500 milyon
DEPUTATIN BANKI MTN RƏHBƏRLİYİNƏ XİDMƏT EDİB - Xaricə 500 milyon13-02-2017, 12:49 |
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət yolu ilə ölkədə qazandıqlarını xarici ölkələrə, xüsusilə, ofşor zonalara çıxarması sirr deyil. Qeyd edək ki, hələ bir müddət bundan əvvəl Gununsesi.info-nun araşdırması zamanı Eldar Mahmudovun həbs edilməməsinin səbəbi kimi xaricə çıxardığı 5 milyarda yaxın vəsaitin geri qaytarılması ilə bağlı prosesin getməsi göstərilmişdi. Saytımızın sabiq nazirin qanunsuz əməlləri ilə bağlı araşdırmalarında Eldar Mahmudovun “Texnikabank”ı ələ keçirməsindən sonra təkcə bu bank vastitəsi ilə xaricə 2 milyard pul çıxarması barədə məlumat da üzə çıxmışdı. Saytımızı bilgiləndirən mənbə onu da deyib ki, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev bu köçürülmə faktı ilə bağlı istintaqa şahid qismində cəlb olunub. Məsələ ilə bağlı Elmir Mehdiyevin də mövqeyini işıqlandırmağa hazırıq.
Geri qayıt |