Əsas Səhifə > Slayd > Fed iclasın qərarını açıqladı

Fed iclasın qərarını açıqladı


23-02-2017, 10:49

Картинки по запросу Fed iclasın qərarını açıqladı – ARTACAQ

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib.

AzerTaym.az-ın xəbərinə görə, bu barədə təşkilatın iki gün davam edən  iclasının yekunlarına dair məlumatda deyilir.

FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək.  

Qeyd edək ki, ötən ilin dekabrın 14-də  uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

Mənbə: APA


Geri qayıt