V.Nəzərov əmisi oğlunun necə şəhid olmasından da yazıb: “Şahları son döyüşdə də öldürmək düşmənə asan başa gəlmədi. Əsgəri yaralandığı üçün onu çiyninə alaraq, döyüş meydanından çıxmaq istəyərkən mənfur düşmən gülləsinə tuş gələn Şahlar, uzun müddət sürünərək, öz postumuza doğru irəliləmiş və qan itirərək şəhid olmuşdur.
Şərəfsiz ermənilər üç gün danışıqlara gəlməyərək, müxtəlif bəhanələr gətirərək, şəhidlərimizin cənazələrini verməməyə cəhdlər göstərdi. Ən son radistansiya vasitəsilə çıxaraq yenə 5 dəqiqə vaxt istədilər. "Qırmızı Xaç Komitəsi əynini geyinsin, gəlirik" dəyərək daha bir saata vaxtı uzatdılar. Ən sonda korpus komandiri vasitəsi ilə cənab nazirin "Əgər bu dəqiqə bu məsələ həll olunmasa, müharibə elə bu saat başlayacaq" göstərişindən 2 dəqiqə sonra şəhidlərin nəşi qaytarıldı”.
Qeyd edək ki, Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Bir neçə ay sonra övladı dünyaya gələcək olan Ş.Nəzərov ötən ilin avqust ayında ailə həyatı qurub. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Redaksiya şəhidimizin yaxın qohumunun bu açıqlamasını dərc etsə də, oradakı iddiaların doğruluğunu təsdiq etmək imkanında deyi.
(Musavat.com)