Əsas Səhifə > Slayd > Partiya sədrlərinin neçə övladı var,
Partiya sədrlərinin neçə övladı var,6-04-2017, 17:27 |
Üzdə olan siyasi partiya rəhbərlərinin özlərini meydanlarda, şəkillərini qəzet səhifələrində, xəbər saytlarında, onlarla bağlı kadrları televiziya ekranlarında çox görmüşük. Siyasətlə məşğul olan partiya rəhbərləri də hamı kimi ailə-uşaq sahibidirlər. Bəs onların övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər, nə işlə məşğuldurlar? Modern.az saytı bir neçə siyasi təşkilat rəhbərinin övladları barədə məlumatları dəqiqləşdirməyə çalışıb. “Mənim üç oğlum və bir qızım var. Oğlanlarımın ikisi və qızım xaricdə yaşayır. Xaricdə yaşayan bir oğlum Sankt-Peterburqda Rusiya Porokurluğunun İnstitunu bitirib. Amma ixtisası üzrə işləmir. Digər oğlum da İngiltərədə oxuyur. Bakıda yaşayan oğlum isə iqtisadi sahədə fəaliyyət göstərir”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin üç övladı var – 1 oğlu, 2 qızı. “Oğlum Türkiyədə yaşayır. Burada iş tapa bilmədiyinə görə Türkiyəyə gedib. Digər övladlarım isə ailəlidir. Bakıda yaşayırlar. Heç bir yerdə də işləmirlər”. Qeyd edək ki, İlyas İsmayılovun Türkiyədə yaşayan böyük oğlu Etimad İsmayılov Sankt-Peterburq Universitetinin hüquq fakültəsində ali təhsilə yiyələnib. O, tanınmış jurnalist Sevil Nuriyeva ilə evlidir., bir oğlanları var. “Ədalət” sədrinin digər oğlu Mətin İsmayılov ali təhsilini isə Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində alıb. Daha sonra təhsilini Nyu-York, Kolumbiya univeristetlərində davam etdirib. Hazırda Amerikada yaşayır, orada işləyir. Evlidir 2 qızı, bir oğlu var. Ümid Partiyasının sədri İqbal Ağazadənin iki övladı var: bir oğlu, bir qızı. Partiya sədrinin oğlu Murad Ağazadənin 17 yaşı var, qızı Aysunun isə 13 yaşı var. “Onların 3-ü oğlan, 1-i isə qızdır. Qızım və bir oğlum evlidir. Onların da hərəsindən iki nəvəm var. Bildiyiniz kimi, uzun illərdir ki, mənə görə qardaş, qohum-əqrəbam, övladlarım işsiz idi. Adını çəkməyəcəyim bir xeyirxah adam iki oğluma iş tapıb. Qızım isə Azərbaycan Dillər Universitetinin magistraturasını bitirməyinə baxmayaraq, hələ ki işsizdir. “Oğlum Ərturan Macarıstanın Debrecen şəhərində yerləşən universitetdə oxuyur. Qızım isə Bakıda 1-ci sinfində oxuyur”. Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, onun üç övladı olub. “Bir övladım dünyasını dəyişib. Hazırda iki övladım var: qızım və oğlum. Qızım ailəlidir. Oğlum isə Bakıda bank sahəsində işləyir”. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin üç övladı var. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin üç övladı var. Onun övladlarından ikisi zabitdir. Bir övladı isə həkimdir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının 3 övladı var: 2 oğlan, 1 qız. Böyük oğlu Yalçın iki universitet bitirib - Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduqdan sonra İqtisad Univeristetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsində də təhsil alıb. Onun İqtisadiyyat Nazirliyində çalışdığı bildirilir.. F.Ağamalının ikinci oğlu Elçin Ağamalı da böyük qardaşı kimi iki ali təhsil alıb - Bakı Dövlət Universitetinin Beynəlxalq hüququnu qurtarıb. sonra da Prezident yanında Dövlət İdarəçilik Akedemiyasını bitirib. Hazırda iş adamı kimi fəaliyyət göstərir. Müsavat Partiyasının başqanı Arif Hacılının iki övladı var – oğlu Orxan, qızı Natəvan. Onların hər iki xaricdə ali təhsil alıblar. Partiya sədrinin oğlu Orxan Hacılı Polşada kompüter elmləri üzrə ali təhsil alıb. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 3 övladı var – iki qız, bir oğlan. Partiya sədrinin sonbeşiyi Aybəniz Hüseyn ali təhsilin bakalavr pilləsini Azərbaycan, magisdtr pilləsini isə Şimali Kiprdə bitirib. Pənah Hüseynin böyük qızı Günay Hüseyn hazırda QHT sektorunda çalışır, o, "Demokratiya və Qadın Təşəbbüsləri" İctimai Birliyinin sədridir. YAP-ın icra katibi Əli Əhmədovun 2 övladı var. İcra katibinin oğlu Orxan Əhmədov Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsində işləyir. Geri qayıt |