Əsas Səhifə > Slayd > Türkiyədə məşhur azərbaycanlı

Türkiyədə məşhur azərbaycanlı


10-04-2017, 16:35

Türkiyədə məşhur azərbaycanlı siyasətçiyə qarşı sui-qəsd

Türkiyədə Milliyətçi Hərəkat Partiyasından çıxarılan İğdırdan millət vəkili milliyətcə Azərbaycan türkü olan Sinan Oğana qarşı sui-qəsd cəhdi olub.

İstiPress-in məlumatına görə, Samsun şəhərində sahibkarlar görüş zamanı 19 yaşlı S.A (adı açıqlanmır – red.) tapança ilə Sinan Oğana yaxınlaşmaq istəyib.

Lakin azərbaycanlı siyasətçinin mühafizəçiləri onu görüb və dərhal zərərsizləşdiriblər. Şübhəli polis idarəsinə aparılıb, ifadəsi alınır.

AzerTaym.az


Geri qayıt