Əsas Səhifə > Slayd > Ankaradan mühüm Qarabağ zəmanəti –
Ankaradan mühüm Qarabağ zəmanəti –14-04-2017, 09:20 |
“Bir millət iki dövlət”: referendum sonrası əsas gözlənti" Qardaş ölkədən Bakıya və Moskvaya önəmli aprel mesajı gəldi; prezident Ərdoğanın “Təhlükəsizliyimiz Qafqazdan başlayır” bəyanatının pərdəarxasındakı incə çatdırışlar; erməni analitik: “Ermənistan artıq dövlət olaraq mövcud deyil, zaman əleyhimizə işləyir...” Türkiyədəki 16 aprel referendumuna bir neçə gün qalır. Referendumun nəticəsi müsbət olarsa, - böyük ehtimalla belə də olacaq,- o zaman ölkənin siyasi idarəçilik sistemi yeni nəfəs qazanmış olacaq. Türkiyə dövləti daha effektli və daha mükəmməl idarəçilik mexanizminə qovuşacaq. Yaşadığımız olduqca mürəkkəb və təhlükəli dönəmdə konstitusiya islahatı qardaş ölkənin gücünə güc qatacaq bir dəyişiklik olacaq.Bu da ən əvvəl o anlama gəlir ki, Ankara özünün regiondakı həyati maraqlarını qorumaq üçün əlavə rıçaqlar və daha güclü söz sahibliyi əldə edə biləcək. Öz növbəsində Türkiyənin dövlət olaraq yeni mərhələyə qədəm qoyması sövq-təbii Azərbaycana və onun problemlərinə də təsirsiz ötüşməyəcək. Bizim ən böyük problemimiz isə əlbəttə ki, işğalçı Ermənistanladır. ***
Belə bir açıqlama əslində Ankaranın müstəqil xarici siyasət kursunu gücləndirəcəyinin bir anonsudur və mahiyyət etibarilə Rusiyaya, Qərbə və İrana ünvanlanıb. Çünki adıçəkilən regionlarda əsasən Rusiya, ABŞ və İran fəaldır. Yaxud bu, ən azından, sadalanan bölgələrdə Türkiyə ilə hesablaşmağın zəruri olduğunun anonsudur. Lakin Ərdoğanın son açıqlaması göstərir ki, Türkiyə prezidentli üsul-idarəyə keçəndən sonra bu bölgəyə yönəlik daha aktiv siyasət izləyəcək. Bu da faktiki şəkildə Qarabağ məsələsində qardaş ölkənin çevik siyasi kurs yürüdücəyi anlamına gəlir, Bakıya yeni Qarabağ zəmanəti mahiyyəti daşıyır. Demək, Türkiyənin Ermənistana münasibətdə də daha sərt və prinsipial siyasət aparmasının şahidi ola bilərik.
*** Cənubi Qafqazda söz düşəndə Rusiyanın marioneti və vassalı Ermənistanın bölgədə təxribatçı, qeyri-konstruktiv mövqeyindən söz açmamaq olmur. Əfsuslar olsun ki, Rusiya İrəvanın öz qonşularına qarşı ərazi iddiaları və işğalçılıq siyasətindən öz maraqları naminə, bölgədə möhkəmlənmək üçün məharətlə istifadə etməkdə davam edir. Ermənistan isə bu zaman heç fərqinə də varmır ki, qarşılığında onun qazandığı yalnız - əsgər meyitləri, iqtisadi səfalət, izolyasiya rejimi, ölkədən güclü miqrasiya axını, itirilmiş müstəqillikdir. Erməni ekspert çevrələrində bununla bağlı SOS siqnalları çoxdan verilir.
Onun sözlərinə görə, bir müddət sonra Ermənistanın suverenliyi məsələsi BMT-də qaldırılacaq: “Yəni biz həqiqətənmi suveren dövlətik, Qərb dünyasının dostuyuq, yoxsa NATO və ABŞ-ın rəqibiyk? Bax, o vaxt artıq gec olacaq, hər şey itirilmiş olacaq”. Muradyan hesab edir ki, Avropa illər öncə Ermənistana hansı münasibətdə idisə, bu gün də eyni münasibətdədir: “Heç bir dəyişiklik yoxdur və bu xüsusda prinsipial dəyişiklik olmayacaq”. *** Ötən yazılarımızda vurğuladığımız kimi, Ermənistandakı son parlament seçkilərinin əsas qalibi faktiki surətdə Rusiyadır. Çünki bu seçkilər işğalçının Rusiyadan daha güclü vassal asılılığına gətirəcək. Demək, özünü regionda bir qədər də komfort hiss edəcək Rusiya “həyati maraqları”nı qorumaq naminə Türkiyə ilə, Azərbaycanla daha həssas münasibətdə olacaq. Bir yandan yaxşıdır, çünki Kreml Ankara və Bakı ilə ortaq təmas nöqtələrini Ermənistansız tapmalı olacaq. Söhbət həm də Dağlıq Qarabağ konfliktindən gedir. Yada salaq ki, prezident Ərdoğan mart ayında Rusiyaya etdiyi səfər zamanı da Rusiya-Türkiyə-Azərbaycan üçlü formatının yaradılmasının zamanı çatdığını söyləmişdi.
Geri qayıt |