Əsas Səhifə > Slayd, Əsas xəbərlər > Müdafiə naziri İranda

Müdafiə naziri İranda


15-04-2017, 16:54

Картинки по запросу zakir hesenov

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İrana rəsmi səfəri başlayıb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.


Geri qayıt