Əsas Səhifə > Slayd > Mətbuat katiblərini mediadan narazı salan SƏBƏBLƏR:
Mətbuat katiblərini mediadan narazı salan SƏBƏBLƏR:22-04-2017, 16:33 |
Gör, amma görməzdən gəl... Rahatlığı təmin etmək adına bəzi problemləri gözardı etmək mümkündür. Amma cəmiyyətin aynasına gözübağlı baxmaq?... Zaman-zaman Azərbaycan mediasının bugünki durumu müzakirə obyekti olur. Təbii ki, problemlərin öhdəsindən gəlmək üçün əvvəlcə onu gün üzünə çıxarmaq lazımdır. Biz də mediamızın hazırkı problemlərini müzakirə masasına yatırdıq. Müxtəlif dövlət qurumlarının mətbuat katibləri “Azərbaycan mediasının problemləri” mövzusunda fikirlərini Modern.az-la bölüşüblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev düşünür ki,bu günjurnalistikanın problemlərindən biri bu və ya digər mənbədən ötürülmüş informasiyanın ətraflı araşdırılmadan necə gəldi informasiya məkanına təqdim edilməsidir: “İlk növbədə mətbuat adamı, jurnalistika sahəsində çalışmış bir şəxs olaraq onu vurğulamaq istərdim ki, milli mediamızda müsbət yeniliklər, işıqlı cəhətlər, müasir yanaşmalar, mövzu və publisistika orijinallığı, yeni və istedadlı dəst-xətt kimi hallar sevindiricidir. Eləcə də milli mətbuatımızda “Əkinçi”dən üzü bəri həmişəyaşar ənənələrə, məram və prinsiplərə, obyektivliyə və milli ləyaqət hissinə əsaslanan jurnalistikanın şahidi olmaq qürurvericidir.
Elman Babayevin fikrincə, bəzi jurnalistlərin işlədikləri mövzu ilə bağlı bilik, məlumatlılıq səviyyəsi çox aşağıdır: “Digər problem ondadır ki, bir çox jurnalistlər heç özləri mətbuatı, media gündəmini yetərincə izləmir və sadəcə olaraq bir-birlərinin yazılarını oxumurlar. Məsələn, görürsən ki, bir jurnalistin bu gün göndərdiyi sualların cavabları artıq bir neçə gün öncə mətbuatda geniş şəkildə işıqlandırılmış məlumatla əksini tapıb, lakin onun bundan xəbəri yoxdur. Bəzi jurnalistlərin işlədikləri mövzu ilə bağlı bilik, məlumatlılıq səviyyəsi çox aşağıdır. Buna baxmayaraq, həmin mövzuya dair dolğun biliyə sahib olmaq istəkləri də azdır. Nəticədə bu, qeyri-peşəkarlığa, diletantlığa gətirib çıxarır. Ona görə də, məncə, həmişə mötəbər peşələrdən biri kimi seçilən jurnalistika sahəsində uğurlu fəaliyyətin əsasında daim öyrənmək, mətbuat prinsplərinə hörmət, peşə etikasına riayət etmək kimi vacib prinsiplər dayanmalıdır”.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museyibov Azərbaycan mediasının problemlərindən danışarkən televiziya jurnalistikasına xüsusilə toxunub: “Problemlər mövcuddur. Mən isə ümid edirəm ki, daha da inkişaf edəcək. Bu fikrim istər televiziya, istər yazılı və istərsə də elektron informasiya vasitələrinə aiddir. Mən bildiyiniz kimi 1998-2006-cı illərdə “Space” TV-də “Xəbərlər departamenti”nin xəbər aparıcısı və müxbiri olaraq çalışmışam. Bəlkə də buna görə ilk yanaşmam televiziya ilə bağlı olacaq. Bu gün təəssüf ki, efirdə nitqi təmiz, oxuduğu xəbərin mahiyyətindən xəbərdar olan, monitor və kameralarla işləməyi bacaran, suflyora adi texniki avadanlıq kimi baxmayan, Azərbaycan dilində düzgün danışa bilən, təqdimatı düzgün edə bilən aparıcılar görməkdə çətinlik çəkirəm. Digər verilişlərin aparıcıları da çox ciddi qüsurlarla verilişləri təqdim edirlər. Belə görsənir ki, artıq nəinki, öyrənmək istəyən, deyəsən öyrətmək istəyən yoxdur. Bizim televiziyada çalışdığımız dövrdə səsi qulağa yatımlı olmayan şəxslər mətn oxuya bilməzdi. Reportajları yazsa belə, montaj zamanı süjeti onların səsləndirməsi qadağan edilirdi. Nitqi qüsurlu olan kəs öz üzərində işləyirdi. Kanalın kommersiya maraqlarını təmin edən verilişlər belə, xüsusi çərçivəni çıxmadan efirə yol tapırdı. Bu gün isə belə deyil. Bu səbəbdən də televiziyalar tamaşaçı itkisi ilə üzləşiblər. Bu da bizləri vadar elədi ki, xəbərləri internet xəbər saytlarında axtaraq. Nəticədə saytlar daha çox inkişaf eləməyə başladı. Və xəbər arzusunda olanlar daha operativ xəbər ötürən medianı oxumağa başladı”.
Çünki Cənab Prezident, Zati - aliləri İlham Əliyevin şəxsən mətbuata diqqəti və qayğısı göz önündədir. Mətbuatda gedən tənqidlərə görə, məmurlara qarşı dövlət başçısının dəfələrlə göstərdiyi sərt reaksiyalar hər kəsə bəllidir. Və bu cür tənqidi yazılar və Prezidentin sərt reaksiyasından sonra əldə edilən uğurlu nəticə də heç kəsə sirr deyil. Tənqid və nəticə. Dövlətin bu sahədə mətbuata verdiyi dəstək sevindiricidir. Amma gərək jurnalistlər də ləyaqət və şərəflə işinin öhdəsindən gələ. Televiziyada belə bir fikir var idi. Kameranın düyməsini sıxan hər kəs operator, hər mikrafon tutan da reportyor deyil. Məncə hər əli qələm tutan da jurnalist ola bilməz.
Nəsimi Paşayevin fikrincə, hər bir media qurumu və jurnalist özünü qiymətləndirməyi bacarmalıdır: “Nədənsə hər kəs iddia edir ki, oxunmaq üçün mütləq başlıq konteksdən çıxarılmalıdır, münaqişə yaradılmalıdır və sair. Hətta iddia edilir ki, oxucu bunu tələb edir. Məncə bu yanlış yanaşmadır. Bütün bunlara baxmayaraq, Azərbaycan mediasında kifayət qədər ciddi və peşəkar jurnalistlərimiz var. Mənə görə hər bir media qurumu, hər bir jurnalist özünü qiymətləndirməyi bacarmalıdır”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, hazırkı Azərbaycan mediasının ən böyük problemi jurnalistlərin məlumatsızlığıdır:
Geri qayıt |