Əsas Səhifə > Slayd, Cəmiyyət > 18.09.2014- Ramil Usubovdan yeni təyinat

18.09.2014- Ramil Usubovdan yeni təyinat


18-09-2014, 09:52
18.09.2014- Ramil Usubovdan yeni təyinatDaxili İşlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.

Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, nazir dünən Xətai rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin edib. Nazirin əmrinə əsasən bu vəzifəyə polis mayoru Vüqar Hüseynov gətirilib. O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsində çalışıb.

Xəbəri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, ötən ayın 28-də Ramil Usubov Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Qəhrəman Qələndərovu vəzifəsindən azad edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi müavini vəzifəsinə təyin etmişdi.

Geri qayıt