Əsas Səhifə > Slayd > MTN-nin ŞÖBƏ RƏİSİ GENERALLARI HƏDƏLƏDİ –
MTN-nin ŞÖBƏ RƏİSİ GENERALLARI HƏDƏLƏDİ –3-06-2017, 13:27 |
“Bu dəstənin başçıları hardadır? Burada mən yox, onlar niyə oturmayıb?” “Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam” Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Gununsesi.info xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti Vüsal Ələkbərovun vəkillərinin müdafiə çıxışı etməsindən sonra ona son söz üçün 1 həftə vaxt verib. Ancaq MTN-nin şöbə rəisi məhkəmədən 2 həftə vaxt istəyib. Gununsesi.infonun Vüsal Ələkbərovun sensasion açıqlaması ilə bağlı apardığı araşdırmalar zamanı maraqlı məqamlar üzə çıxıb. Saytımızı bilgiləndirən mənbə Vüsal Ələkbərovun indiyədək susmasının səbəbini Mövlam Şıxəliyevlə həbsdəki istintaqçılar arasındakı razılıqla əlaqələndirib. Belə ki, MTN dağılandan sonra və həbslərin ilk dalğası zamanı istintaqçılar nazirliyin İstintaq Baş İdarəsinin rəisi general Mövlam Şıxəliyevin əleyhinə hər hansı ifadə verməyəcəyi, həmçinin, generalın da istintaq dövründə zərərçəkənlərə razılaşacağı barədə razılıq əldə ediblər. Bu posesdə prokurorluq orqanlarının rəhbərliyi də zərərçəkənlərin maraqlarının təmini baxımından Mövlam Şıxəliyevin çöldə qalmasına göz yumub. Öz növbəsində isə Mövlam Şıxəliyev bir neçə zərərçəkənin pulunu qaytarsa da MTN cinayətlərinin qurbanı olan bir sıra iş adamları bu prosesdən kənarda qalıb. Həmin şikayətçilər isə məhkəmədə Vüsal Ələkbərova ən ağır cəzanın verilməsini təkid edir. Görünür, həyatının uzun illərinin həbsxanada keçəcəyini dərk edən Vüsal Ələkbərov Mövlam Şıxəliyev tərəfindən aldadıldığını anlayıb. Məhz buna görə də son bəyanatını səsləndirib. Mənbəmiz qarşıdakı prosesdə Vüsalın və digərlərinin Mövlam Şıxəliyev və Eldar Mahmudov barəsində sensasion faktlar açıqlayacağını istisna etməyib.
Geri qayıt |