Əsas Səhifə > Slayd > FES uçot dərəcəsini
FES uçot dərəcəsini9-06-2017, 17:23 |
ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyunun 13-14-də keçiriləcək iclasında uçot dərəcəsini artırılması ehtimalının hələ də yüksək olması dolları yaxın günlərdə bahalaşdıra bilər.”Report”un analitik qrupu bildirir ki, ABŞ-ın iqtisadi göstəriciləri elə də yaxşı olmasa da, gələn həftə keçiriləcək iclasda uçot dərəcəsinin 25 faiz bəndi artırılması gözlənilir. Son bir neçə ayda ABŞ prezidenti Donald Trampın seçki öncəsi vədlərinə əməl etməməsi və siyasi motivlərlə əlaqədar ucuzlaşan dolların bir qədər güclənməsi üçün başqa səbəblər də var. Ötən gün ABŞ konqresi “Dodd-Frank” qanununu ləğv edib. Bu, ABŞ-ın maliyyyə sisteminə rahatlıq gətirməli və kreditləşmənin həcmini əhəmiyyətli dərəcədə artırmalıdır.
Geri qayıt |