Əsas Səhifə > Slayd > “İntiqamlarını alacağam” -
“İntiqamlarını alacağam” -5-07-2017, 12:42 |
“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”. Bunu azvision.az-a açıqlamasında axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib. O, eyni zamanda təxribatda anası, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızını da itirib. Elnur Quliyev erməni işğalçılarından intiqam alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”. Geri qayıt |