Əsas Səhifə > Slayd > MƏHKƏMƏ ELDAR MAHMUDOVA
MƏHKƏMƏ ELDAR MAHMUDOVA10-07-2017, 17:16 |
MTN polkovnikinə hökm oxunub, rütbəsi əlindən alınıb Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardan çıxarıb. MTN polkovnikinə hökm oxunub, rütbəsi əlindən alınıb. Qeyd edək ki, prokuror Vüsal Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini və rütbəsibin alınmasını istəmişdi. Bildirək ki, “MTN əməliyyatı zamanı həbs edilənlər arasında hələ ki, məhkəməsi yekunlaşan və hökmü elan edilən yeganə zabit V.Ələkbərovdur. Geri qayıt |