Əsas Səhifə > Slayd > Generalın həbs olunan oğlunun

Generalın həbs olunan oğlunun


12-07-2017, 12:03

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, sürücülük hüququndan məhrum edilən Rüstəm Orucov 10-OG-300 nömrəli “BMW”-nin sükanı arxasına əyləşərək qaydaları pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Geri qayıt