Əsas Səhifə > Slayd > “PROKURORLAR xalqın BƏLASINA ÇEVRİLİBLƏR”
“PROKURORLAR xalqın BƏLASINA ÇEVRİLİBLƏR”4-08-2017, 17:23 |
“Prokuror ancaq o vaxt yaxşı yaşayacaq ki, bizim xalqımız yaxşı yaşayacaq. Ancaq siz onların evlərinə baxın, mindikləri avtomobillərə baxın” “Əgər təmiz işləməsələr hamısı gedəcək” Özbəkistan prezidenti Şövkət Mirziyayev avqustun 2-də keçirdiyi videoselektor müşavirəsində prokurorları sərt tənqid edib, onları “ən yekə oğrular” adlandırıb. Virtualaz.org xəbər verir ki, prezidentin qapalı müşavirədə dediklərinin audioyazısını “Azadlıq” radiosunun tacik xidməti əldə edib. Mirziyayev bildirib ki, indiki prokurorlar “köhnə zibil sistemdən” qalıb və əgər onlar vicdansızlığı bundan sonra da davam etdirsələr hamısını işdən qovacaq.
Videoselektor müşavirəsi zamanı Özbəkistan prezidenti İslam Kərimov dövrünün prokurorlarını “zibil” adlandırıb və vəd edib ki, prokurorluq orqanlarının bütün işçilərini dəyişəcək.
Mirziyayev əlavə edib ki, hazırda prokurorluq orqanlarında “təmizləmələr” aparılır. İctimayyət bu cür adamlardan təmizlənir. “Şükür allaha, bütün bunlar haqda mənə hər şey məlumdur. Mən hələ kəndi atıb gözləyirəm və müşahidə edirəm, lakin bir məqamda bu problemə son qoyacağam. Heç vaxt və heç kim. Birinci yerdə daim, bir daha təkrar edirəm, xalq dayanmalıdır. Bizdə bir prokuror var idi, Muhiddinov. Lakin o bir neçə il türmədə oturdu. Bizim üçün xalqdan başqa heç kim avtoritet ola bilməz”-Özbəkistan rəhbəri bildirib.
Xatırladaq ki, indiyədək Özbəkistanda İslam Kərimovun hakimiyyəti dövrü açıq tənqid olunmurdu. Lakin bu günlərdə dövlət televiziyası ilk dəfə Kərimov hakimiyyətini tənqid edib, onun dövründə Özbəkistanın qonşularla problemlərinin yarandığı bildirilib. Habelə Özbəkistan Baş prokurorluğu 2013-cü ildən həbsdə saxlanılan Gülnarə Kərimovanın işi ilə bağlı ilk dəfə rəsmi məlumatla çıxış edib, keçmiş prezidentin qızının ölkədən milyardlarla dollar oğurladığı açıqlanıb.
Geri qayıt |