Əsas Səhifə > Slayd > "Qarabağ"ın oyununa bilet satan

"Qarabağ"ın oyununa bilet satan


14-08-2017, 21:53

Azəbaycan klub futbolu səviyyəsində ən böyük oyuna hazırlaşır. Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanan "Qarabağ" Azərbaycanda bu uğura imza atmış ilk klub kimi tarixə düşüb. İndi daha bir tarixi uğurun astanasındayıq. "Qarabağ" Danimarkanın adlı-sanlı "Kopenhagen" klubunu keçə bilsə, özünən və Azərbaycan futbolunun tarixində daha bir ilkə imza atmış olacaq: İlk dəf Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə...

Sabah baş tutacaq oyundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib həm bilet satışı, ghəm də stadionun vəziyyəti ilə tanış olduq. Məlum oldu ki, kassalarda oyun üçün nəzərdə tutulan 28 000-ə yaxın bilet artıq satılıb. 

 

Biz stadiona çatanda saat 11:00 radələri idi. Futbolu izləmək üçün bilet axtaranlar stadionun və kassaların qarşısına toplaşmışdı. Özümü jurnalist kimi təqdim etməkdənsə, dedim görüm "Qara bazar"da vəziyyət necədi? Kassanın arxasında balaca çayxana var, hansı ki ordan əməlli-başlı alver gedir. Həm də rəsmi şəkildə. İndi deyəcəksiniz ki, "Qara bazar"da rəsmi alver? Çünki, hər şey polisin gözü qarşısında baş verirdi. Bir də gördüm tanıdığım bir nəfər də durub elə bu bazarın düz mərkəzində. Hal-əhval tutub, burda nə axtardığını soruşdum. O da bu istidə bilet axtarırmış. 

 

- Niyə kassada yox, burda axtarırsan?

- Kassada 1 manatlıq biletlərdi. Burda sektora düşmək üçün axtarıram. Amma qiymətlər 25 manatdan aşağı deyil. 

Müsahibimin sözlərinə görə, artıq bilet bidiyi və oyuna çox az zaman qaldığı üçün hərə bir cür fırıldaqçılıq edir. 1 manata olan biletlər 10, 5 manata olanlar isə 25 manata satılır. Maraqlısı isə budur ki, bileti satanlara kassanın arxa qapısından bilet versələr də, bilet alamaq istəyən azarkeşlərə 2 dənədən artıq satılmır. Təzəcə foto çəkməyə başlamışdım ki, polis nümayəndələri bizi yanına çağırdı.

- Jurnalistsən? Video çəkirdin sən?

Heç halımı da pozmadan:

-Yox e.. Mən tələbəyəm, dostum kassanın yanında növbədədi ki, bilet alsın. Niyə soruşdunuz ki?

Üzümə diqqətlə baxıb: 

- Elə bildim nəsə çəkirsiniz, icazə vermirlər ona görə. 

Bu bazarda bilet alanlardan çox təbii ki, satanlar maraqlıdır. Təxminən 8 yaşlı uşaqlardan tutmuş, "Gelandewagen" markalı maşının sürücüsünə kimi hər kəs 5-in üstünə 10-da yox ha, 20 qoyub satış edirdilər. 

 

Bilet almaq üçün növbədə gözləyən vətəndaşlar deyir ki, online bilet satışı olsa, belə özbaşınalıq da olmaz. Mən də onlarla razıyam. 

Polis qardaşın diqqətini çəkməmək üçün dedik ki, bir görək stadionun içində vəziyyət necədi? Oyunçular və azarkeşlər olmayan boş stadionda təmizlik işləri gedirdi. Fotoqrafımız çəkilişlər apardığı zaman mən də boş stadionda sabah burda olacaq izdihamı düşünürdüm. 

Nəysə ki, elə siz də həmin fotolara baxa-baxa sabah üçün komandanın marşlarını bir daha təkrarlayın ki, hamımız birgə oxuyaq:

"Vur qapıya qolları

Qa-ra-bağ!!!"

Komandamıza uğurlar!Qaynarinfo.Az

 

 

 


Geri qayıt