Əsas Səhifə > Slayd > GƏNC ASLAN “KARYERA NƏRDİVANLARI”NDA… –
GƏNC ASLAN “KARYERA NƏRDİVANLARI”NDA… –19-08-2017, 20:15 |
Fransız mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşıb. “Qafqazinfo” Haqqin.az-a istinadən xəbər verir ki, “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır. Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d’Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.
Jurnalistlər bu gerbin gizli mənasını da açıqlayıblar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əks etdirir. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunub.
Geri qayıt |