Əsas Səhifə > Slayd > “Qarabağ” - "Kopenhagen" matçı başladı
“Qarabağ” - "Kopenhagen" matçı başladı23-08-2017, 22:25 |
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Turnirdəki təmsilçimiz “Qarabağ” "Kopenhagen" ilə qarşılaşır. Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək. Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab görüşü “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) Kopenhagen. “Parken” stadionu Geri qayıt |