Əsas Səhifə > Slayd > Cahangir Hacıyevə həbsxanada “yaşayış qurmağa” imkan verilmədi-
Cahangir Hacıyevə həbsxanada “yaşayış qurmağa” imkan verilmədi-28-08-2017, 11:29 |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevdən xəbər var. Gununsesi.info-nun xəbərinə görə, olduqca ağır şəraiti olan bu müəssisədə sağlam və normal qaydada yaşamaq yalnız imkanlı məhbuslara nəsib olsa da Cahangir Hacıyev bundan da məhrum edilib. Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, “Zon”a köçürülən sabiq bank rəhbərinin Tibb Məntəqəsində ayrıca otaqda qalması üçün müraciəti təmin olunmayıb. Geri qayıt |