Əsas Səhifə > Slayd > Ermənistan hərbçiləri Gürcüstanda
Ermənistan hərbçiləri Gürcüstanda30-08-2017, 20:32 |
Sentyabrın 3-də Gürcüstanın Axaltsixe bölgəsindəki Orfolo hərbi poliqonunda “Agile Spirit 2017” çoxmillətli hərbi təlimləri başlayacaq. Virtualaz.org xəbər verir ki, təlimlərin təşkilatçısı ABŞ və Gürcüstandır. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə təlimlərd ABŞ dəniz piyadaları, habelə Gürcüstan, Bolqarıstan, Latviya, Rumıniya, Ermənistan və Ukrayna hərbçiləri iştirak edəcək. Hərbi təlimlər qərargah və səhra fazalarından ibarət olacaq. Başlıca məqsəd NATO-nun çevik reaksiya qüvvələrinin tərkibində, habelə ABŞ və digər tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaqdır. Geri qayıt |