Əsas Səhifə > Slayd > “NURU PAŞAya
“NURU PAŞAya18-09-2017, 18:12 |
Qüdrət Həsənquliyev və Fazil Mustafa Niri paşanın abidəsinə yer ayrılması baş nazir Artur Rasi-zadəyə müraciət etdilər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə müvafiq yerin ayrılması üçün Azərbaycan Respublikasının baş naziriArtur Rasi-zadəyə müraciət ediblər. Musavat.com-a daxil olan məlumata görə, müraciətdə deyilir: “Hörmətli cənab baş nazir! Qeyd edək ki, 1918-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə 2018-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti şəhid olub. 1918-ci il mayın 28-də elan edilmiş və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuri paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir. Bütün bunlara görə bizim Nuri paşaya və Qafqaz İslam Ordusunun xilaskar əsgər və zabitlərinə vəfa borcumuz var. Hörmətli cənab baş nazir, Hörmətli cənab baş nazir, Sizdən isə yeganə xahişimiz, sadəcə Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması üçün müvafiq yerin ayrılması məqsədilə qərar verməyinizlə bağlıdır. Hesab edirik ki, Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin olduğu ərazidə, yaxud Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu Biləcəri və ya “Qurd qapısı” istiqamətlərində, eləcə də “Sovetski” ərazisində, hələ abadlaşdırılmamış bir məkanda Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması məqsədəuyğun olar”. Geri qayıt |